Bakıda məktəbdə insident - Şagirdlər mühafizəçiyə hücum çəkdi

Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib. 

Bakıda məktəbdə insident - Şagirdlər mühafizəçiyə hücum çəkdi
Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib. 

meqale.com news24.az-a istinadən xəbər verir ki, hadisə iyunun 5-də axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, məktəbin 11-ci sinif şagirdləri "Son zəng" günü münasibətilə rəqs məşqi etmək üçün məktəbə gəliblər. Lakin məktəbin mühafizəçisi onların məktəb həyətinə daxil olmasına icazə verməyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

Hadisənin gedişində şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur.