Bakıda "Mercedes" divara çırpıldı - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Bakıda
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Ceyhun Səlimov küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib.

İdarəetmədən çıxan "Mercedes" yolayrıcındakı divara çırpılıb.

Qəza nəticəsində sərnişin xəsarət alıb.

Avtomobil deformasiyaya uğrayıb.

Fakt üzrə avtotexniki ekspertiza təyin edilib.