Bakıda məşhur marketdə oğurluq: müdirin seyfini yardılar

Bakıda marketin seyfi qarət olunub. 

Bakıda məşhur marketdə oğurluq:  müdirin seyfini yardılar
Bakıda marketin seyfi qarət olunub. 

meqale.com lente istinadən bildirir ki, hadisə iyunun 21-i saat 04 radələrində Lökbatan qəsəbəsində yerləşən "Oba" marketdə qeydə alınıb. 

Marketin müdirinin otağındakı seyfdən 3075 manat pul oğurlanıb. Hadisə barədə polisə məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Elmir Həsənli saxlanılıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun