Bakıda məşhur restorandakı yanğın söndürülüb - YENİLƏNİB

Bakıda "Şaurma 1" restoranında yanğın olub.

Bakıda məşhur restorandakı yanğın söndürülüb - YENİLƏNİB
Bakıda "Şaurma 1" restoranında yanğın olub.

Bu barədə meqale.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən "Şaurma 1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şaurma 1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

-------

11:39

Bakıda restoranda yanğın başlayıb. 

meqale.com bildirir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə, Badamdar qəsəbəsi ərazisində yerləşən "Shaurma N1" restoranının dam örtüyündə qeydə alınıb.

Məlumata görə, hazırda əraziyə yanğınsöndürənlər cəlb edilib.