Bakıda moped sürücüsünü bıçaqla hədələdilər: “Soxaram, ciyərini çıxardaram sənin!” - FOTO

Bakıda moped sürücüsü hədələnib.

Bakıda moped sürücüsünü bıçaqla hədələdilər: “Soxaram, ciyərini çıxardaram sənin!” - FOTO
Bakıda moped sürücüsü hədələnib.

Bu barədə sosial şəbəkələrə məlumat yayılıb. 

Belə ki, "KIA Optima" markalı 90-HJ-989 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtda qayda pozub.

Moped sürücüsü ona irad bildirib. Nəticədə həmin şəxs onu bıçaqla hədələyərək deyib ki, bıçağı soxub, ciyərini çıxardaram sənin. 

meqale.com oxuya istinadən xəbər verir ki, məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə moped sürücüsünün soyuq silahla hədələnməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb:

"Polis əməkdaşları tərəfindən əməli törədən N.Vəliyev müəyyən olunaraq saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib".