Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi
Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb edilib.
DİN-dən meqale.com-a verilən məlumata görə, hadisə martın 12-si saat 21 radələrində Xətai rayonu ərazisində baş verib.
Motosikletlə ictimai yerdə davranış qaydalarını pozaraq, nəqliyyat vasitəsini insanların üzərinə sürən, həmçinin ətrafa güclü səs yayan şəxs artıq saxlanılıb.
Onun 1981-ci il təvəllüdlü Masallı rayon sakini S.Həsənov (şərti) olması müəyyən edilib. Eyni zamanda saxlanılan şəxsin orta dərəcəli sərxoş vəziyyətdə olması ekspert rəyi ilə müəyyən edilib.