Bakıda narkotik çəkib "avtoş"luq edən həbs olundu - VİDEO
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən meqale.com-a verilən xəbərə görə, yol hərəkəti qaydasını pozduğu üçün "Volkwagen" markalı nəqliyyat vasitəsinin sürücüsünə "saxla" işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.