Bakıda "Opel" markalı minik avtomobili yandı
Bakı şəhərinin Yasamal rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən meqale.com-a verilən məlumata görə, rayonda "Opel" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.