Bakıda polis maşını yandı

Bakıda polisin xidməti avtomobilində alışma baş verib.

Bakıda polis maşını yandı
Bakıda polisin xidməti avtomobilində alışma baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov meqale.com-a bildirib ki, Yasamal rayonunda duracaqda olan post patrul avtomobilində alışma olub.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin məlumata görə, alışma mühərrikxanada qısaqapanmadan yaranıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Araşdırma aparılır.