Bakıda “Prius” 18 yaşlı qızı xəstəxanalıq etdi
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report-a istinadən xəbər verir ki, "Toyota Prius" markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Mikayılova Aydan Aydın qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.