Bakıda qadın sürücü ağır qəza törətdi: piyada öldü - Yenilənib - VİDEO

23:38

Bakıda qadın sürücü ağır qəza törətdi: piyada öldü - Yenilənib - VİDEO
23:38

"Bu gün saat 22:30-da paytaxtın Pirallahı rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib".

Bu barədə oxuya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli məlumat verib.

O qeyd edib ki, ilkin məlumata görə, "Ford" markalı nəqliyyat vasitəsinin xanım sürücüsü yolu keçməyə cəhd edən piyadanı (cinsi kişi) vurub:

"Piyada hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır".

---------- 23:06 Bakının Pirallahı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.