Bakıda qonşular arasında dava - ata və oğlu bıçaqlandı

Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

Bakıda qonşular arasında dava - ata və oğlu bıçaqlandı
Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

meqale.com xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb.

2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.