Bakıda sexdə yanğın: 2-i uşaq olmaqla 3 nəfər xəsarət alıb

Bakıda təmir sexində yanğın baş verib.

Bakıda sexdə yanğın: 2-i uşaq olmaqla 3 nəfər xəsarət alıb
Bakıda təmir sexində yanğın baş verib.

meqale.com xəbər verir ki, Sabunçu rayon ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus "Mercedes" markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib.

Nəticədə Kamal Vəliyev, onun övladı 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıb.

Araşdırma aparılır.