Xarkova hücum: Son sutkada 4 nəfər öldü, 16 nəfər yaralandı

Rusiya ordusu son sutka ərzində Xarkov şəhəri və vilayətin 10 yaşayış məntəqəsini atəşə tutub. Nəticədə 4 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

meqale.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, hücumlar zamanı Xarkovda anbar, bir neçə avtomobil, dəmir yolu infrastrukturu və elektrik şəbəkəsi ziyan görüb.