Bakıda sürücülər hansı yollarda tıxac olduğunu əvvəldən öyrənə biləcəklər - VİDEO

Bakıda sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər. Bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb.

Bu barədə meqale.com-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, xəritədə bütün yolların, zolaqların, yol nişanları və svetoforların, körpü və tunellərin, ünvan məlumatlarının əks olunması, həmçinin onların asanlıqla yenilənmə imkanının yaradılması nəzərdə tutulub: "Bununla da yollarda yaranan problemlər (qəza, tıxac, təhlükəli hallar və s.) barədə sürücülər tərəfindən DİN NİİM-ə elektron qaydada məlumatların ötürülməsi və mobil telefonların orta sürət sensoru qismində istifadəsi təmin ediləcək.