Bakıda sürücüləri cərimələyirlər - SƏBƏB

Bakının Xətai rayonu, Lütfizadə küçəsində yolboyu çəkilən qoşa xətlərin silinməsi sürücülərdə çaşqınlıq yaradır.

Bakıda sürücüləri cərimələyirlər - SƏBƏB

Bu vəziyyət, həmçinin bəzi hallarda sürücülərin cərimələnməsinə də səbəb olur.

Meqale.com Xəzər TV-yə istinadən məlumat verir ki, əraziyə yaxın yaşayanlar bildiriblər ki, bu məsələ uzun müddətdir problem olaraq qalır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, silinən nişanlama xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlama xətləri yaxın zamanda yenilənəcək.