Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döydü

Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döyüb.

Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döydü
Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döyüb.

meqale.com xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

24 yaşlı Fərdi Hümbətovun (ad və soyad şərtidir) taksi kimi idarə etdiyi "Toyota" markalı avtomobilə əyləşən sərnişin gedişhaqqını tam ödəməyib. Buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman sərnişin sürücünü söyüb. Bundan hiddətlənə Fərid sərnişinə yumruq və təpiklə zərbələr vurub. Nəticədə zərərçəkənin çənəsi əzilərək, şişib.

Bu hərəkətinə görə, Fərid Hümbətov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb. İstintaq zamanı zərərçəkən Fəridi bağışladığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, cinayət işinə xitam verilməsini xahiş edib.