Fərdanın anasının məzarı önündə söylədikləri KÖVRƏLTDİ - VİDEO
Tanınmış aktyor və komediya ustası Fərda Xudaverdiyev anasının vəfatından sonra ilk dəfə televiziya efirinə çıxıb.
meqale.com xəbər verir ki, proqramdan əvvəl o, anasının məzarını ziyarət edib və burada dərin emosiyalarla dolu müsahibə verib.
Məzar önündə danışarkən Fərda gözləri dolub.
O, anasının uzun illər davam edən ağır xəstəliklə mübarizə apardığını vurğulayıb:
"Anam 12 ildir xəstəliyi ilə mübarizə aparırdı. Allah izin verdiyi qədər yaşadı. Biz əlbəttə ki, daha çox yaşamasını istəyirdik.
Aktyor valideyn itkisinin yaratdığı boşluqdan da söz açıb və bu açıqlaması sosial şəbəkələrdə paylaşılıb:
"Valideynlər 'uşaqsız' deyəndə elə bilirdik, böyümüşük... Amma onların yoxluğu insana göstərir ki, uşaq elə valideynin yanında olurmuş".
Bu səmimi etiraflar həm studiyada, həm də ekran qarşısında izləyiciləri kövrəldib. Sosial şəbəkələrdə yayılan görüntülər böyük dəstək mesajları ilə müşayiət olunub.
İzləyicilər Fərdaya səbir diləyərək, anasının ruhuna rəhmət arzulayıblar.