“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - FOTO
"Bacım gecə saat 4-ün yarısı mənə zəng edib, "özümü çox pis hiss edirəm, anama tez gəlməsini söylə" dedi".
meqale.com xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Ülkər Yaşarqızı bacısı Ülviyyə Yaşarqızının ölümü ilə bağlı danışarkən deyib.
"Anam oraya çatana qədər bacımın qızı məni görüntülü zənglə yığıb "xala, qorxuram, anam yerə yıxılıb" dedi. Kameranı bacıma tərəf çevirəndə gördüm ki, o, bir nöqtəyə baxır, başa düşdüm ki, həyatını itirib. Gələndə gördüm ki, qolunda təzyiq aparatı yerdə uzanıqlı vəziyyətdədir, ağzından köpük axmışdı. Hüququ bitirmişdi, müstəntiq işləyirdi, 49 yaşı var idi. Mənim üçün çox çətin olacaq, çünki bacımın azyaşlı övladı var, 6-cı sinifdə oxuyur. Gülnara baxmaq mənim öhdəliyimə düşəcək", - deyə Ülkər Yaşarqızı bildirib.