Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
17:51 Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində 10-OJ-041 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilin sürücüsünün təhlükəli manevrlər etməsi ilə bağlı rəsmi açıqlama verilib.
                        meqale.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxs hazırda ölkə hüdudlarından kənardadır.
Qeyd edək ki, sürücünün yol hərəkəti qaydalarını pozduğuna dair görüntüləri sosial şəbəkədə yayımlanıb.
---------- 15:05 Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində avtoxuliqanlıq qeydə alınıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Belə ki, 10-OJ-041 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolda təhlükəli manevr edərək qoşa xəttin tələbini pozaraq drift edib və qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb.
Videonu təqdim edirik:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun