Bakıda zibil qutuları oğurlandı

Bakıda zibil qutuları oğurlanıb.

Bakıda zibil qutuları oğurlandı
Bakıda zibil qutuları oğurlanıb.

Daxili İşlər Nazirliyindən meqale.com-a verilən xəbərə görə, dekabrın 25-i saat 7 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində dəyəri 1100 manat olan 2 ədəd məişət tullantıları qutusunun oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətmək şübhəli bilinən Ş.Musayev və əvvəllər məhkum olunmuş T.Əzimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.