Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq

Bir çox "makler" Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən həyət evlərinin su qiymətinə ucuzlaşdığını bildirib.

Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq
Bir çox "makler" Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən həyət evlərinin su qiymətinə ucuzlaşdığını bildirib.

Həmin ərazidə metro çəkilişi olduğuna görə, yaxın gələcəkdə evlərin bahalaşacağı qeyd olunub.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, çəkiləcək yeni metro stansiyası NZS tərəfə düşür, ikinci hissəsi isə "Maşın bazarı" tərəfdə olacaq.

Ekspert bildirib ki, metro tikintisi 10 ildən az çəkmir. Ümumilikdə Bakı- Ağ şəhər layihəsi 1-ci mərhələdə 221 hektardan ibarətdir. 2-ci mərhələsi isə artıq 1500 hektardan çoxdur. Bir hissəsi isə indiki Zığ istiqamətinə kimi gedib çıxır.