Bakının daha bir nailiyyəti - Fransa kənarda qaldı

Məlum olduğu kimi Almaniyaya dəvət alan Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində kansleri Olaf Şoltsun iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb. Onlar daha sonra ikitərəfli formatda müzakirə aparıblar. Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilmiş ikitərəfli görüşündə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya məsələləri müzakirə edilib.

Azərbaycanın vasitəçilərə inamı və ehtiyacı yoxdur. Lakin, Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır. Bu görüş deməyə əsas verir ki, Şolts görüşü təşkil etməklə özünün və ölkəsinin Avropada rolunu və Fransadan geri qalmaq istəmədiyini göstərməyə çalışıb. Bakı üçün bu görüş əhəmiyyətli sayıla bilər. Çünki, Azərbaycanın iştirak etmədiyi Qranada görüşündən sonra Avropada ilk olan bu görüşdə Fransa yox idi.

Paşinyan görüş barədə açıqlama verərkən bildirib ki, Xarici işlər nazirlərinin tezliklə görüşməsi, bundan sonra sərhədlərin demarkasiyası ilə bağlı görüşün də baş tutması razılaşdırılıb: "Ümumiyyətlə, əldə olunmuş razılaşmalara əməl olunarsa, o zaman razılaşmaların həyata keçirilməsi sərhəddəki gərginliyin azaldılmasına kömək edər, bir daha deyirəm, razılaşmalara əməl olunarsa. Biz öz tərəfimizdən, əlbəttə ki, bu razılaşmalara əməl etməkdə qərarlıyıq", - o, qeyd edib. Baş nazir bu fikirlərlə yanaşı Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham edib.

Paşinyanın çıxışı zamanı "Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi" deməsi bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir.

Görünür Ermənistan tərəfi hələ də anlamayıb ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.

İslam meqale.com