Bakının mərkəzində velosiped yollarının salınmasına başlanıldı - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb.

Bu barədə meqale.com-ın sorğusuna cavab olaraq AYNA-dan məlumat verilib.

Bildirilib ki, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini - İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

"Artıq müvafiq nişanlanma işlərinə başlanılmışdır. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.