Bakının məşhur dairəvi yolunda sürət həddi endirildi

Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

Bakının məşhur dairəvi yolunda sürət həddi endirildi
Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

Bu barədə meqale.com-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, "Şamaxinka" adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.