Bakıya gətirilən yaralıların vəziyyəti necədir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan sərnişinlər ötən gün Bakıya gətirilib və "Yeni Klinika"ya yerləşdiriliblər.
meqale.com-ın məlumatına görə, "Yeni Klinika"nın mətbuat katibi Nuridə Allahyarovaya "Qafqazinfo"ya bildirib ki, xəstəxanaya ümumilikdə 14 nəfər daxil olub.
"Onlardan biri müalicəsini reanimasiya şəraitində davam etdirir. Vəziyyəti stabil-ağır olaraq dəyərləndirilir. Digər 13 nəfərin vəziyyəti orta ağır və kafi olaraq dəyərləndirilir", - N.Allahyarova qeyd edib.
Onun sözlərinə görə, digər 13 nəfərin vəziyyəti orta-ağır və qənaətbəxş dəyərləndirilir. Müalicələri stasionar şəraitdə davam etdirilir.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysi ilən uçan "Embraer 190" təyyarəsi dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəza enişi edib. "Euranews"un yaydığı məlumata görə, hadisəyə səbəb təyyarənin Rusiyaya məxsus hava hücumundan müdafiə sistemləri ilə vurulması olub.
Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 37-ci Azərbaycan vətəndaşıdır. Son məlumata əsasən, Azərbaycan vətəndaşlarından 26-sı qəzada həlak olub.