Balakəndə evdə yanğın olub

Balakən rayonunda yanğın qeydə alınıb.

Balakəndə evdə yanğın olub
Balakən rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən meqale.com-a verilən məlumata görə, rayonun Hənifə kəndində ümumi sahəsi 416 m² (hər mərtəbəsi 208 m²) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 208 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.