Balıq bazarında yerli dəniz məhsulları azaldı - VİDEO
Paytaxtın balıq bazarında yerli dəniz məhsulları azalıb.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, yerli məhsullar isə xarici ölkələrdən bazara gətirilən məhsullardan az, qiyməti isə bahadır.
Satıcıların sözlərinə görə, bayrama görə hazırda balığa təlabat artıb.
Onların sözlərinə görə, təklif edilən balıqların əksəriyyəti süni göllərdə yetişdirilir.
Alıcılar arasında isə yerli məhsullara üstünlük verənlər də az deyildi.
Mütəxəssislər isə deyir ki, balıq bazarında qiymət artımı bayramla bağlıdır. Bayramdan sonra qiymətlərdə təxminən 15-20 faiz ucuzlaşma gözlənilir.