Balıq tutmağa gedən şəxsdən 5 gündür xəbər yoxdur - VİDEO

Balıq tutmağa gedən kişidən 5 gündür ki, xəbər yoxdur.

Balıq tutmağa gedən şəxsdən 5 gündür  xəbər yoxdur - VİDEO
Balıq tutmağa gedən kişidən 5 gündür ki, xəbər yoxdur.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, Mingəçevir sakini Nicat Qədirov 51 yaşlı  atası Sərdar Bayramovdan xəbər ala bilmədiklərini deyir. Uzun illərdir balıqçı işləyən Sərdar Bayramov doğmları ilə 6-7 gün öncə danışıb. Ondan bir gün sonra isə Mingəçevir Su anbarının Samux rayonu ərazisində qayıq ilə suya daxil olub... Bu zaman güclü külək onun suda hərəkətinə mane olub. Məlumata görə, xilasedicilər axtarışlara cəlb edilib.

Sərdar Bayramov ailəsi ilə birgə Mingəçevir şəhəri Sahil Küçəsində yaşayır... Su anbarında  sözü gedən ərazidə  batdığı ehtimal edilən şəxsə ait  qayıq və digər ləvazimatlar tapılmayıb.

Mingəçevir sakinin doğmaları onun sağ tapılmasına ümid edirlər. Hazırda FHN-nin xilasediciləri axtarışlarını davam etdirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: