Baltik hava məkanında naməlum təyyarələr göründü
İtaliya Baltik hava məkanında uçan naməlum təyyarələrin qarşısını almaq üçün "Eurofighter Typhoon" qırıcılarını havaya qaldırıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, İtaliya döyüş təyyarələri NATO-nun Almaniyadakı müşahidə mərkəzindən əmr aldıqdan sonra Litvanın şimalındakı Şaulyai bazasından havaya qalxıb. Lakin nazirlik hansı təyyarələrin havada göründüyü ilə bağlı hər hansı məlumat verməyib.