"Maaşla ev almaq olmur, qiymətlər fantastikdir"
Aparıcı Rövşanə Ağasəfqızı son zamanlar sosial şəbəkələrdə yayılan "yalançı mənzil satışı" elanlarından danışıb.
meqale.com xəbər verir ki, aparıcı bu barədə verilişində söz açaraq, vətəndaşların aldadıcı təkliflərlə qarşılaşdığını bildirib:
"Tez-tez elə reklamlar görürəm ki, "cəmisi 15-20 min manata ev sahibi ol" yazılır. Maraqlanmaq üçün zəng etdim, məlum oldu ki, ayda 5 min manat ödəmək şərti ilə ev təklif edirlər. Belə vəsaiti ödəyə bilən adam onsuz da bir neçə aya pulu toplayıb ev ala bilər. Bu cür reklamlar sadəcə müştərini cəlb etmək üçündür".
Ağasəfqızı həmçinin kredit və ipoteka şərtlərinin real vəziyyətə uyğun olmadığını vurğulayıb:
"Ayda 3-5 min manat ödəmə imkanı olan gəncin ipotekaya ehtiyacı yoxdur. Evi nəğd də ala bilər. Amma əhalinin çox hissəsi bu məbləğləri qazanmadığı üçün ev sahibi olmaq getdikcə çətinləşir. Hazırda paytaxtda mənzillərin qiyməti 150 mindən başlayır, mərkəzdə isə 250 min manatı keçir. Bu artıq fantastik rəqəmdir".
Aparıcı əlavə edib ki, valideynlər övladlarını evləndirmək məsələsində daha çox çətinlik çəkirlər, çünki "maaşla ev almaq artıq nağıla çevrilib".