Haluk Leventin konsertində qan töküldü
Mersinin Tarsus rayonunda keçirilən 4-cü Beynəlxalq Tarsus Festivalı çərçivəsində müğənni Haluk Leventin konseri zamanı dava baş verib. Hadisə zamanı bir nəfər bıçaqla yaralanaraq xəstəxanaya aparılıb.
meqale.com xəbər verir ki, konsert zamanı iki qrup arasında mübahisə yaranıb və mübahisə tezliklə davaya çevrilib. Dava zamanı 34 yaşlı U.İ. adlı şəxs bıçaqla ayağından yaralanıb. Yaralı təcili tibbi yardım tərəfindən Tarsus Dövlət Xəstəxanasına çatdırılıb.
Hadisədən sonra şübhəli şəxs hadisə yerindən qaçıb. Polis, həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.