Bank əməkdaşlarına bədbin proqnoz - işinizi itirə bilərsiniz

Bütün dünyada banklar süni intellektin (Sİ) tətbiqi fonunda işçilərini ixtisar etməyə başlayır.

Bank əməkdaşlarına bədbin proqnoz - işinizi itirə bilərsiniz
Bütün dünyada banklar süni intellektin (Sİ) tətbiqi fonunda işçilərini ixtisar etməyə başlayır.

meqale.com report-a istinadən xəbər verir ki, Sinqapurun DBS bankı Sİ səbəbindən iş yerlərində əhəmiyyətli ixtisarlar elan edən ilk böyük Asiya bankı olub. DBS-in baş direktoru Piyuş Qupta bildirib ki, yaxın üç il ərzində bankın işçi heyəti 10 % azalacaq.

Bənzər tədbirlər barədə İtaliyanın "Intesa Sanpaolo" bankı da məlumat verib. Analitiklərin proqnozlarına görə, Sİ-nin bank sektorundakı əmək bazarına təsiri yalnız güclənəcək. Növbəti beş il ərzində 200 minə qədər insan süni intellektlə əvəzlənəcək.