Banqladeşdə təyyarə məktəbə çırpıldı - Xeyli sayda ölən var - VİDEO
Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsi məktəbə çırpılıb.
meqale.com xəbər verir ki, hadisə nəticəsində 19 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.
Təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.
Hadisənin səbəbləri ilə bağlı məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.