"Barbie" ən çox gəlir gətirən film oldu
"Barbie" filmi ABŞ-də 537,5 milyon dollar gəlir əldə edib.
meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Beləliklə, ekran işi ABŞ-də "Warner Bros." studiyasının ən çox gəlir gətirən filmi olub.
Film rejissor Kristofer Nolanın 2008-ci ildə 536 milyon dollar gəlir əldə edən "Qaranlıq cəngavər" filmini keçib.