“Barbie” filmi uğursuzluğa düçar oldu

Qreta Qerviqin "Barbie" komediyası qlobal kassada uğur qazanmasına baxmayaraq, Cənubi Koreyada uğursuzluğa düçar olub. Analitiklər bunu mədəniyətlərin ziddiyyətləri ilə əlaqələndirirlər.

meqale.com oxuya istinadən bildirir ki, "Barbie" ötən həftəsonu Koreya kassasında cəmi  273.000 dollar qazanaraq səkkizinci yeri tutub.

Avqustun 15-də Cənubi Koreyada işıq üzü görəcək Kristofer Nolanın "Oppenheimer" filmi üçün əvvəlcədən bilet satışı 35,8% olduğu halda, bu film üçün 1,2% təşkil edib. Ehtimallara görə, "Barbie" Cənubi Koreya xalqının rəğbətini qazana biməyib, çünki ölkədə feminizm dəstəklənmir. Filmin əsas ideyalarından biri isə qadınların səlahiyyətlərinin artırılmasıdır.