"Barselona" baş məşqçisini istefaya göndərə bilər

İspaniyanın "Barselona" klubu baş məşqçisi Xavi Ernandes ilə yollarını ayıra bilər.

İspaniyanın "Barselona" klubu baş məşqçisi Xavi Ernandes ilə yollarını ayıra bilər.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu gün Çempionlar Liqasının qrup mərhələsinin V turunda Portuqaliyanın "Portu" komandasını məğlub edə bilməsə, 43 yaşlı mütəxəssisin istefaya göndərilməsi gündəmə gələcək.

İddia olunur ki, hətta heç-heçə də ispaniyalı baş məşqçini xilas etməyəcək.