"Barselona"da ciddi İTKİ - "Real"la oyunu buraxacaq
Mark-Andre ter Ştegen "Barselona" - "Real Madrid" matçında komandasına kömək edə bilməyəcək.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı qapıçı zədə səbəbindən dünən baş tutan məşqi vaxtından əvvəl yarımçıq qoyub.
Baş məşqçi onun əvəzinə qapıçı Dieqo Koçeni oyun üçün sifariş ərizəsinə daxil edib. Ter Ştegen isə komandanın təlim-məşq toplanışını tərk edərək tibbi müayinədən keçmək üçün Barselonaya qayıdıb.
Qeyd edək ki, İspaniya Superkubokunun final mərhələsi çərçivəsində keçiriləcək "Barselona" - "Real" qarşılaşması Səudiyyə Ərəbistanında baş tutacaq.