Putinin iqamətgahına hücuma belə cavab verdilər - VİDEO

Rusiya hərbçiləri "Oreşnik" raket kompleksi ilə Ukraynaya zərbə endirib.

Putinin iqamətgahına hücuma belə cavab verdilər - VİDEO
Rusiya hərbçiləri "Oreşnik" raket kompleksi ilə Ukraynaya zərbə endirib.

meqale.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Bildirilib ki, zərbə Ukraynanın 2025-ci il dekabrın 29-da Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücumuna cavab olaraq endirilib.

Hücum nəticəsində paytaxt Kiyevdə 4 nəfərin həlak olduğunu, daha 24 nəfərin isə yaralandığını açıqlanıb.

Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Vladimir Putinin Novqoroddakı iqamətgahına 91 PUA-dan istifadə edərək hücum etdiyini açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu məlumatı yalan adlandırıb.