"Barselona"nı məhkəməyə verəcək
Futbol agenti İsaak Lopes İspaniyanın "Barselona" klubunu məhkəməyə verəcək.
meqale.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb 2022-ci ildə "Sevilya"dan Kataloniya təmsilçisinə keçən Jül Kundenin transferindən 3 milyonluq komissiyanın hələ də ona ödənilməməsidir.
Müqavilə şərtlərində yer alan bəndə əsasən, qarşı tərəf ona sözügedən məbləği ödəməli olsa da, üzərinə düşən öhdəliyi yerinə yetirmir.