"Barselona"nın keçmiş ulduzu İran klubunda!
İspaniyanın "Barselona" klubunun sabiq oyunçusu Munir Əl-Haddadi futbol karyerasını İranda davam etdirəcək.
meqale.com xəbər verir ki, 30 yaşlı hücumçu Tehran təmsilçisi "İstiqlal"la müqavilə imzalayıb. Razılaşmaya əsasən, o, 2027-ci ilin yayına qədər bu komandada çıxış edəcək.
Xatırladaq ki, "Barselona" futbol akademiyasının yetirməsi olan Munir son olaraq İspaniyanın "Leqanes" klubunda forma geyinib.