“Barselona”nın oyunçusu millidən kənarlaşdırıldı - FOTO
"Barselona"nın müdafiəçisi İniqo Martines İspaniya millisinin heyətindən çıxarılıb.
meqale.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu sağ dizindəki zədə (menisküs ətrafının iltihabı) səbəbindən qarşıdakı oyunlar üçün İspaniya millisinə kömək edə bilməyəcək.
Milli komandanın baş məşqçisi Luis de la Fuente onun yerinə komandaya "Bornmut"dan Dekan Heyseni dəvət edib.