"Barselona"nın ulduzu İstanbul nəhənginə transfer olunur - FOTO
İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.
meqale.com xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Beşiktaş" və "Fənərbağça" 22 yaşlı vingerlə maraqlanır. Hətta "ağ-qaralar"ın bu transferdə israrlı olduğu bildirilib.