“Barselona” XXI əsrdə klub rekorduna imza atdı
İspaniya təmsilçisi "Barselona" XXI əsrdə klub rekorduna imza atıb.
meqale.com report-a istinadən xəbər verir ki, komanda buna La Liqanın II turunda "Levante"yə qalib gəldiyi matçda nail olub.
Kataloniyalılar XXI əsrdə ilk dəfə yerli çempionat oyununun fasiləsində 0:2 hesabı ilə geridə olsalar da, qələbə qazanıblar.
Daha əvvəl 1 qarşılaşma heç-heçə, 12 görüş məğlubiyyətlə yekunlaşıb.