Baş həkimin otağını yandıran xəstə SAXLANILDI - YENİLƏNİB

Bakıda 9 saylı poliklinikada yanğın törədilib.

Baş həkimin otağını yandıran xəstə SAXLANILDI - YENİLƏNİB
Bakıda 9 saylı poliklinikada yanğın törədilib.

DİN-in Mətbuat Xidmətindən meqale.com-a bildirilib ki, poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyi isə məlumat yayıb ki, 9 saylı poliklinikada baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

-------

14:50

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.