Baş nazirin güllələnməsinə görə onlar işini itirdi

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhddən sonra iki dövlət təhlükəsizlik işçisi işdən çıxarılıb.

Baş nazirin güllələnməsinə görə onlar işini itirdi
Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhddən sonra iki dövlət təhlükəsizlik işçisi işdən çıxarılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Matuş Şutay-Eştok bildirib.

Nazir qeyd edib ki, şöbənin əməkdaşları lazımi təlimlərdən keçməyiblər.

O xatırladıb ki, yayda ərazi polisinin rəis müavini və cəhdin baş verdiyi şəhərin polis idarəsinin rəisi də işdən çıxarılıb.