Başqırdıstanda dəhşətli partlayışın VİDEOsu - 2 uşaq ölümlə üz-üzə qaldı
Sterlitamak şəhərində (Başqırdıstanda) yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində bir qadın həlak olub, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan ikisi uşaqdır.
meqale.com oxuya istinadən xəbər verir ki, sosial şəbəkələrdə hadisənin başvermə anının görüntüləri yayılıb.
Kadrlarda blokun girişində qadın və iki uşaq əks olunub. Sonra qadın içəri girir, uşaqlar isə qapının arxasında gözləyirlər. Bu zaman partlayış baş verir.
Başqırdıstan Prokurorluğu təhqiqata başlandığını elan edib.
Binada çatlar yaranıb, bu səbəbdən sakinlər təxliyə olunublar.