Baumqartner ən yaxşı seçildi
Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda keçirilən Polşa - Avstriya matçının ən yaxşı futbolçusu açıqlanıb.
meqale.com xəbər verir ki, Avstriya millisinin üzvü Kristof Baumqartner görüşün ən yaxşısı seçilib.
24 yaşlı yarımmüdafiəçi komandasının oyundakı ikinci qoluna imza atıb.
Sözügedən görüşdə Avstriya millisi 3:1 hesablı qələbə qazanıb.