"Bavariya"nın əfsanəsi klubdan gedir - FOTO
Almaniyalı futbolçu Tomas Müller cari mövsüm başa çatdıqdan sonra "Bavariya"dan ayrılacağını açıqlayıb.
Milli.xəbər verir ki, 35 yaşlı futbolçu sosial şəbəkələr vasitəsilə Münhen komandasında çıxışını davam etdirmək istədiyini, lakin klubun müqaviləni yeniləməmək qərarına hörmətlə yanaşdığını bildirib.
2000-ci ildən "Bavariya"da çıxış edən və karyerasını bu kluba həsr edən təcrübəli hücumçu Bundesliqa təmsilçisinin heyətində 12 dəfə Almaniya çempionu, 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.