Bayden elan edib: Ordumuz Ukraynaya getməyəcək

ABŞ qoşunları Ukraynada savaşmayacaq.

Bayden elan edib: Ordumuz Ukraynaya getməyəcək
ABŞ qoşunları Ukraynada savaşmayacaq.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbi Fransa Prezidenti Emmanuel Makronun sözlərini analiz etməyəcəyini bildirib:

"Yalnız ABŞ Prezidenti, Baş Komandan Co Baydenin adından danışa bilərəm. Ukraynadakı münaqişənin əvvəlindən o, Amerika qoşunlarının Ukrayna ərazisində döyüşməyəcəyini açıq şəkildə qeyd edib".